Tərkibi:
100 qram kərə yağı
1 su st şəkər
2 ədəd yumurta
3\4 su st un
1 paket vanil
3 y/q kakao
Hazırlanması:
Kərə yağını tavada əridərək soyumağa qoyun. Ardınca yumurta və şəkəri mikserlə köpürənə qədər 5 dəqiqə çırpın. Un, kakao və vanili ayrı qabda qarışdırdıqdan sonra yumurtalı qarışımın içinə əlavə edin.
Daha sonra otaq istiliyində soyuyan kərə yağını içinə əlavə edin. Qarışımı yuvarlaq keks qəlibini yağlayaraq içinə keks xəmirini qoyun
Keksi 180 dərəcəlik əvvəlcədən isidilmiş sobada 20 dəqiqə bişirin.
Üzərinə şokoladlı sousu sıxaraq servis edə bilərsiniz.
.