Tərkibi:
1 stəkan buğda
1 stəkan qarğıdalı
1 stəkan Aş lobyası (qaragöz)
1 stəkan qırmızı lobya
1 stəkan mərci
1 stəkan noxud
1 stəkan lərgə
Duz
Hazırlanması:
Əvvəlcə bütün ərzaqlar isladılır. Sonra buğda və qarğıdalını qazana töküb, suda bişirirlər. Eyni vaxtda başqa kiçik qazanda noxud bişirilir.
Buğda bişib açıldıqdan sonra qazana aş lobyası, noxud (yarıbişmiş), lərgə, mərci, qırmızı lobya da əlavə edilir. Bütün paxlalıların tam bişməsini gözləyin. Duzu zövqə görə əlavə edə bilərsiniz.