Tərkibi:
5 ədəd yumurta
250 qram toz şəkər (1,5 su st)
1 litr süd
1 paket vanil
Hazırlanması:
Yumurtaları bir qabın içində qırın və yumurtalar köpürənə qədər yaxşıca çırpın.
Daha sonra şəkəri əlavə edərək tamamilə əriyənə qədər çırpmağa davam edin.
Ərzaqları yaxşıca çırpdığınıza əmin olduqdan sonra süd və vanili əlavə edib qarışdırın.
Alınan qarışımı qəlib qaba boşaldın.
180 dərəcədə təxminən 1 saat yarım üstü qızarana qədər bişirin.
Bişdikdən sonra bir gecə soyuducuda saxlayın.