Tərkibi:
2,5 su st yulaf
1 su st Hindistan qozu tozu
3 y/q kakao tozu
1 y/q kətan toxumu
2/3 su st bal
1/2 su st Hindistan qozu yağı
1 su st badam yağı
2 ç/q vanil
5 y/q kakao tozu
üstünə səpmək üçün hindistan qozu şəkəri və himalay duzu
Hazırlanması:
Böyül qaba yulafı və hindistan qozu tozunu əlavə edin.
Balı, 3 yemək qaşığı kakaonu, badam yağını və Hindistan qozu yağını orta boy tavada isidin. Qarışdırın.
Qarışımları bir-birinə qarışdırın. Sonra kətan toxumunu, vanili və qalan kakaonu əlavə edib qarışdırın.
Xəmiri böyük bir qaşıqla yağlı kağız sərilmiş listə qoyun. Üstünə Hindistan qozu şəkəri və Himalay duzu səpin. Şirniyyatları soyuducuya qoyun. Ən az 20 dəqiqə soyuducuda saxlayın.
Servis etmədən əvvəl, 5 dəqiqə soyuducudan kənara qoyun.