Tərkibi:
1 ədəd banan
1 ədəd yumurta
1 y/q hindistan qozu yağı
1 y/q su
1 ç/q vanil
1 çimdik duz
40 qram un
Hazırlanması:
Kasanın içinə banan qoyun və digər ərzaqları əlavə edib qarışdırın. Tavayı orta dərəcədə isidib ərzaqları iki-üç dəqiqə bişirin.
Daha sonra üzərinə istədiyiniz bəzəyi verin.