Lazım olan ərzaqlar:
300 qr. marqarin yağı
3 ədəd yumurta
1 paket qabartma tozu
1 stəkan şəkər tozu
1 paket vanil
2 stəkandan 1 barmaq qədər az un
2 xörək qaşığı limon suyu
Hazırlanması:
Əvvəlcə yumurta, marqarin və şəkəri yaxşıca mikserlə çırpırıq.
Sonra unu ələkdən keçirib tökürük, qabartma tozunu, vanili və limon suyunu da
əlavə edib, yenə təkrar mikserlə çırpırıq.
Hazırladığımız keks xəmirini yağlanmış qaba töküb, 180 dərəcədə
üstü qızaranadək bişiririk. Bişdiyini çöplə və ya bıçaq batıraraq öyrənə bilərik.
Keksimiz hazır olduqdan sonra üzərini şəkər pudrası ilə bəzəyə bilərik.
NUŞ OLSUN!