Qadin.NET / Şaftalılı keks (foto resept)

Şaftalılı keks (foto resept)

İmsaqa 1 saat qalmış içimdən bu keksi hazırlamaq keçdi. Tələsik olduğu üçün səliqəsiz oldu, amma yenə də sizinlə paylaşmaq istədim. Reseptində keks qabında bişirib sonra tərs çevirərək cemi tökmək göstərilir. Amma, məncə, belə olduqda cemin dadı daha çox hiss olunur.

 

 

Lazım olan ərzaqlar:

3 yumurta

1,5 stəkan şəkər tozu

1 stəkan su

1 ədəd sərt şaftalı

1 stəkan sulu yağ

1 paket qabartma tozu

1 paket vanel (özüm əlavə etmişəm)

 un

         

Üzəri üçün:


2 yumşaq şaftalı

1 stəkan şəkər tozu

 

Hazırlanması:


Qabda şəkər tozu və yumurta şəkər əriyənə qədər çırpılır.

 

 

Üzərinə dördkünc  doğranmış şaftalı və digər ərzaqlar əlavə olunur.

 

 

Yağlanmış  listə  töküb sobaya qoyulur.


Şaftalılar soyularaq rəndələnib (mən blendrdan keçirdim) qazana tökülür, üzərinə şəkər tozu əlavə olunur. Qatılaşana qədər bişirilir.

 

 

Keks bir az soyuduqdan sonra üzərinə şaftalı cemi çəkilir (bu keks bir az sobanın əzizliyinə uğrayıbwink )

 


Paxlava şəklində kəssəniz, daha gözəl olar (mənim fikrim qalmışdı imsaqda, bu, heç yadıma düşmədilol )

 


 

 Nuş olsun!

 

 

 

20 avqust 2011
GO BACK