Tərkibi:
5 ədəd limon
8 su st su
1 su st şəkər
1 y/q quru lavanda
Hazırlanması:
Qazana bir stəkan su və şəkəri qaynadın. Şərbət qaynadıqdan sonra içinə lavanda əlavə edərək qazı söndürün.
Şərbəti süzmədən soyumağa qoyun və ilıq hala gəldikdən sonra süzün.
Daha sonra içinə limon sıxın, ilıq şərbətə 7 stəkan soyuq su əlavə edin. Limonadı rəngləndirmək istəyirsinizsə, rəngli meyvələrdən əlavə edin. Buz əlavə edərək servis edin.