Qadin.NET / Badımcan salatı (foto resept)

Badımcan salatı (foto resept)

Tərkibi:

 

1 ədəd orta boy sürtgəcdən keçirilmiş soğan 

4 ədəd doğranmış uzunsov bibər

3 ədəd orta boy kub formada doğranmış pomidor

4 diş əzilmiş sarımsaq

5 ədəd soyulmuş, doğranmış badımca

Duz

1/2 su st zeytun yağı

 

Hazırlanması:

Yuxarıdakı ərzaqları bir qazana boşaldın və qapağını bağlayıb zəif qazda tərəvəzlər suyunu buraxana qədər bişirin.

Badımcan salatı (foto resept)

Sonra qazı biraz artırın, xəfif şəkildə qazanı sağa-sola sallayın.

Badımcan salatı (foto resept)

 

Tərəvəzlərin diriliyini itirməmək üçün sobada çox saxlamayın. 

Badımcan salatı (foto resept)

 

17 may 2018
GO BACK