Qadin.NET / Evdə karamel (foto-resept)

Evdə karamel (foto-resept)

Tortlarda və bir çox şirniyyatda istifadə olunan karameli evdə hazırlaya bilərsiniz.

 

Tərkibi:

1,5 su st toz şəkər

yarım st su

2 y/q kərə yağı

yarım paket duru krem

4 damla limon suyu

 

Hazırlanması

Toz şəkər, su və təzə sıxılmış limon suyunu bir tavanın içinə əlavə edib, qazın üstündə bişirməyə başlayın.

Evdə karamel (foto-resept)

 

Şəkər karamelize olanda kərə yağı əlavə edib əriməsini təmin edin. Kərə yağını əlavə etdikdən sonra içinə krem qoyaraq sürətlə qarışdırın.

Evdə karamel (foto-resept)

 

Karamel, bişməyə başlayanda qazın üstündən götürün. 

Evdə karamel (foto-resept)

 

8 aprel 2018
GO BACK