Tərkibi:
50 qram un
1 y/q kakao
1/4 qabartma tozu
1 y/q duru yağ
5 y/q süd
Hazırlanması:
-Böyük boy bir fincan götürün və içini yağlayın. Bütün ərzaqları bu fincanın içinə qoyun və kiçik qaşıqla çırpın.
Alınan keksi mikrodalğalı sobaya qoyun. Əgər mikrodalğalı sobadan istifadə edə bilmirsinizsə, bir qazanın içinə su tökün və fincanı suyun içinə qoyun. Üstünü qapaqla bağlayaraq suyu qaynadın.
Bu formada keksi bişirin. Beş dəqiqəyə bişən keksi servis edin.