Tərkibi:
1 ədəd orta böyüklükdə dana sümüyü
1 ç/q duz
yarım limon suyu
1 ədəd kök
1 ədəd soğan
3 ədəd dəfnə yarpağı
1 çimdik istiot
1 litr isti su
Hazırlanması
Bütün ərzaqları qazanın içinə tökün. Son olaraq su əlavə edərək qazanın qapağını bağlayın və sobanın üstünə qoyun.
Ərzaqlar bişdikdən sonra sobanın üstündən götürün. Qazanın qapağını diqqətlə açın və süzgəclə ət suyunu süzün.
Süzmə prosessindən sonra alınan suyu buz qəliblərinə doldurun.