Tərkibi:
3-yumurta
2 st-pesok
250 qr-duru yağ
1 st-qatıq
0.5 ç.q-soda
4 st-un
Hazırlanması:
Un,yağ və pesoku ardıcıl olaraq bir qaba tökürük.
Bir yerdə qatışdırılıb umac halına gələnə qədər əl ilə ovuşdurulur.
Daha sonra bu qarışıqdan 1 st. ayırıb kənara qoyuruq.
Kənarda soda ilə qatığı qarışdırırıq və qarışığa tökürük.Bundan sonra 1yumurtanın sarısını ayırıb,digər 2 yumurtanı isə sarısıyla bərabər qatışığa əlavə edirik.
Və bunları bir yerdə qaşıqla yaxşıca çalırıq.Bu görünüşdə olur.
Listi yağlayıb,qatışığı tökürük.Əvvəlcədən ayırdığımız yumurta sarısını üzərinə çəkirik.Və daha sonra yenə əvvəlcədən ayırdığımız 1 st. ovuntunu üzərinə səpirik.Duxovkaya qoyuruq.
Bu da Ovma Piroqumuz:
Nuş olsun!