Tərkibi:
5 ədəd alma
3 y/q pudra şəkəri
1 ç/q darçın
1 su st süd
1 y/q un
1 paket qabartma tozu
Duru yağ
Hazırlanması:
- Süd, darçın pudra şəkəri və unu bir qabın içində qarışdırın.
- Bu əsnada tavaya yağ qoyub qızardın.
- Almaları soyun və incə dilimlər halında halqa-halqa doğrayın.
- Almaları daha əvvəldən hazırladığınız südlü qarışımın içinə qoyun və bu qarışıma yaxşıca batırın.
- Sonra almaları qızğın yağın içinə atın və qızardın.
- Qızaran almaları kağız dəsmaların üzərinə qoyub yağın getməsini gözləyin.
- Almaların üzərinə pudra şəkər tökərək, servis edin.