Xəmir üçün lazımdı :
2 st. ilıq su
1 ç.q maya
1 çimdik Azərduz yodlu narın xörək duzu
aparana qədər un
İçlik üçün lazımdı :
400 qr. ət
2 soğan
2 pomidor
2 acı bibər
1 x.q ketçup
duz, istiot,
Xəmirin hazırlanması :
Suyu, mayanı, duzu bir qabda qarışdırırıq, unu əlavə edərək orta yumşaqlıqda bir xəmir yoğururuq. Üzərini örtərək 30-40 dəqiqə mayalanmasını gözləyirik.
İçliyin hazırlanması :
Əti soğanla birlikdə ət çəkən maşında çəkirik, pomidorların qabığını soyuruq, toxumlu hissəsini təmizləyərək, xırda-xırda doğrayırıq, bibərləri də həmçinin, toxumlu hissəsini təmizləyərək doğrayırıq. Bunların hamısını bir qaba tökürük, duz istiotu da əlavə edərək, yaxşı-yaxşı qarışdırırıq.
Mayalanmış xəmirimizdən kündələr düzəldirik.
Kündəni çoxda nazik olmamaq şərtilə, dairəvi formada açırıq.
Açdığımız kündəni, bişirəcəyimiz listə azacıq un səpərək qoyuruq.
Və hazırladığımız içlikdən bir dolu qaşıq xəmirin üzərinə qoyaraq, qaşığın arxası ilə hər tərəfinə bərabər yayaraq, 180 dərəcədə 15-20 dəqiqə bişiririk.
Budur lahmacunlarımız artıq hazırdır.
Yeyilməyi isə sizin damaq zövqünüzdən aslıdır, istər kələm salatı, istərsə də cəfəri və limonla yeyilə bilər.