Lazım olan ərzaqlar:
3,5 st. un
0,5 st. süd
0,5 st. bitki yağı
1 x.q.quru maya
Azərduz yodlu narın xörək duzu
200 qr. qiymə
1 ədəd baş soğan
2-3 orta boy pomidor
1 x.q. "Bizim tarla""Bizim Tarla" tomat pastası
zövqə görə duz, istiot
yağ
cəfəri (mən də yox idi deyə vurmadım)
Hazırlanması:
Unu qaba tökürük, üzərinə südü,
yağı əlavə edirik. Duzu unun üzərinə səpirik. Mayanı da suda həll edib, qaba əlavə edirik.
Yumşaq xəmir yoğururuq.
Xəmirimizin üzərini nəmli dəsmalla örtüb, 5 dəq. saxlayırıq.
Xəmirimiz dinlənənə qədər, qıraqda bir qaba qiyməni, sürtgəcdən keçirilmiş pomidoru, soğanı, duzu, istiotu, yağı, doğranmış cəfərini əlavə edib qarışdırırıq.
Sonra yağlanmış tavaya xəmiri nazik şəkildə yayırıq.
Üzərinə hazır içliyimizi çəkirik,
əvvəlcədən isidilmiş duxovkada, 200 dərəcədə 10 dəq. bişiririk.
Lahmacunumuz hazırdır.
NUŞ OLSUN!
P.S. Əziz xanımlar, əgər xəmiriniz artıq qalsa, pitsa da hazırlaya bilərsiniz.
Məndə xəmir artıq qaldı, bişirdim, dadlı alınır. Bu da mənim MİNİ-PİTSAM .
NUŞ OLSUN!