Tərkibi:
2 yumurta sarısı
1,5 st bitki yağı
2 y/q sirkə və ya limon suyu
1 ç/q duz
1 ç/q qara istiot
Hazırlanması
Şüşə qabın içində yumurta sarılarını, limon suyunu və duzu çırpın. Yağı içinə yavaş yavaş qataraq çırpmağa davam edin. Qarışımın rəngi ağarmağa başladısa, bu hazır olduğunu göstərir. Bu mərhələdən sonra qalan yağı da əlavə edərək daha sürətli çırpın.
Nuş olsun!
Bunlara diqqət edin!
- Evdə hazırlanan mayonez ən az 2 gün ərzində istifadə olunmalıdır. Mayonez hazırlanarkən zeytun yağından istifadə etməyin. İstəyə görə içinə sarımsaq əlavə edə bilərsiniz.