Qadin.NET / Çiyələkli rulet (foto resept)

Çiyələkli rulet (foto resept)

Tərkibi:

 

5 ədəd yumurta

1 st şəkər

yarım st duru yağ

2 st un

1 paket qabartma tozu

 

Kremi üçün:

Paket krem şanti

1 paket labne pendiri

2 çay qaşığı süd

1 kasa çiyələk

1 çay qaşığı qida boyası

 

Hazırlanması:

 

1. Yumurtaların ağlarını şəkər ilə birlikdə köpürənə qədər çırpın

 

Çiyələkli rulet (foto resept)

 

 

2. Daha sonra digər tərkibi içinə əlavə edərək mikserdən istifadə etmədən bir qaşıq köməyi ilə qarışdırın.

 

Çiyələkli rulet (foto resept)

 

 

3. Kek xəmirini soba listinə tökərən 120 dərəcədə üzəri qızarana qədər bişirin.

 

Çiyələkli rulet (foto resept)

 

 

4. Kek hələ isti ikən daha rahat forma alması üçün rulet formasında sarıyın.

 

Çiyələkli rulet (foto resept)

 

 

5. Bu vaxt krem şantini hazırlayın. İçinə labne pendirini, qida boyasını qatın. Çiyələkləri püre halında içinə qoyun.

 

Çiyələkli rulet (foto resept)

 

 

6. Hazırladığınız kremi kekin üstünə sürtün. Keki rulet formasında bükün.

 

Çiyələkli rulet (foto resept)

 

 

Nuş olsun!

 

Çiyələkli rulet (foto resept)

 

12 iyun 2019
GO BACK