Qat-qat xəmir layları
Qaysı
Badam ləpəsi
Şəkər tozu
Krem üçün:
Qaymaq - 200 qr
Şəkər kirşanı - 2x.q
Hazırlanması:
Qaysılar tən yarı bölünür. Yarım qaysıları iç tərəfi üstdə qalmaq şərtilə qat-qat xəmirə bükülür.
Əvvəldən isidilmiş sobada xəmir qızarana kimi bişirilir.Sobadan çıxardandan sonra içinə doğranmış badam ləpəsi səpilir (Əriklərin toxumu şirin çıxsa, ondan da istifadə edə bilərsiz).
Bu arada bükmələr soyuyana kimi soyuq qaymağın üstünə vanil və şəkər kirşanı ələyib, mikserlə çalaraq krem hazırlanır (hər cür kremdən istifadə edə bilərsiz).
Əziz Qadın.Net-lilər, bu isti yay günlərində sizlərə sərinlik bəxş edən, hazırlanması heç də çətin olmayan bu zərif pirojnaların hazırlanma qaydasını sizlərlə bölüşmək istədim. İnanıram ki, sizdə bundan da yaxşı alınacaq. Nuş olsun!!!