Qadin.NET / Gül formalı şirin kökə (foto resept)

Gül formalı şirin kökə (foto resept)

 

Tərkibi:

1 st. ilıq süd

0.5 st ilıq su

0.5 st bitki yağı

1 yumurta 

5 x.q şəkər

1 ç.q Azərduz yodlu narın xörək duzu,

1 paket maya

aldığı qədər un 

Hazırlanması:

Geniş bir qaba ilıq suyu, südü, mayanı, şəkəri töküb qarışdırırıq, sonra yumurtanın ağını, yağı və duzu da əlavə edib qarışdırırıq, unuda az-az əlavə edərək orta yumuşaqlıqda xəmir yoğururuq.

Gül formalı şirin kökə (foto resept)
 
Xəmirin gəlməsi üçün 30-40 dəqiqə ağzı qapalı şəkildə saxlayırıq.
 
Gül formalı şirin kökə (foto resept) 

Kündələrə ayırıb bişirəcəyimiz qaba bu şəkildə qoyub, yenə 30 dəqiqə saxlayırıq.

 Gül formalı şirin kökə (foto resept)

Daha sonra ayırdığımız yumurta sarısını üzərinə çəkib, bişiririk.

 Gül formalı şirin kökə (foto resept)

Budur şirin kökəmiz artıq hazırdır.

 Gül formalı şirin kökə (foto resept)

Üzərinə zövqə görə xaş-xaş və ya küncüt səpilə bilər.

16 iyul 2011
GO BACK