Tərkibi:
3 ədəd alma
140 qram şəkər
70 qram un
50 qram yulaf əzməsi
85 qram kərə yağı
1/2 y/q darçın
1 1/2 y/q alma sirkəsi
200 ml qatı krem
1 y/q vanil
150 qram qatıq
Hazırlaması:
Sobanı 200 dərəcə isidin. Bir qabda şəkər, un, kərə yağı və yulafı qarışdırın. Yağlı kağız sərilmiş soba listinə qarışımı əlavə edin və sobada 15-20 dəqiqə bişirin.
Almaları soyub tumlarını çıxarın. Kub formasında doğrayın. Tavaya almaları qoyub, ardından şəkər, darçın, alma sirkəsi əlavə edib 10-15 dəqiqə bişirin.
Bir qarışdırma qabına krem və vanil şəkərini qarışdırın. Sonra qatıq əlavə edib təkrar qarışdırın.
Tərkibi stəkana yerləşdirin. Stəkanın alt hissəsinə almalı qarışımı, üzərinə yulaflı peçenye qırıntılarını və onun üzərinə qatıqlı qarışımı qoyaraq iki qat hazırlayın. Ən üstü yulaflı peçenye qırıntıları ilə bəzəyib servis edin.
Nuş olsun!