Qadin.NET / Peraşki (foto resept)

Peraşki (foto resept)

 
Tərkibi.

Xəmir üçün.

1 kq un

1 yumurta

2 x.q. "Bizim Süfrə" zeytunlu mayonezi

2x.q. xama.

1 x.q. şəkər tozu

yarım stəkan duru yağ

10 qr.quru maya

Azərduz yodlu narın xörək duzu,
lazım olan qədər ilıq su.

İçlik üçün.

4-5 ədəd kartof

1 ədəd soğan

kişniş,şüyüd

Azərduz yodlu narın xörək duzu,
istiot.

Qızartmaq üçün lazım olan qədər duru yağ.

Hazırlanması.

Böyük bir qabın içərisinə xəmir üçün olan ərzaqlar tökülür və yumuşaq xəmir yoğurulur.
 
Xəmirimizi yoğurduq hazırdı, üstünü ötüb bir kənara qoyub,xəmirin gəlməsini gözləyirik.
 
Budur artıq xəmir 2 dəfə artıb, yəni acıyıb.Xəmiri bir də yoğururuq və qalxması üçün gözləyirik.
 
2-ci dəfə xəmir gəldikdən sonra əlimizi yağlayıb istədiyimiz ölçüdə kündələyirik və üstünü örtüb 5 dəqiqə gözləyirik.
 
Xəmir kündəyə gəlincəyə kimi içliyimizi hazırlayırıq.Soğan xırda doğranılır,və qızılı rəng alıncaya kimi qovrulur.
 
Kartof soyutma bişirilir,göyərti xırda doğranılır.Duz,istiot,soğan,göyərtini kartofa əlavə edib qarşıdırırıq.İçliyimiz hazırdı.
 
İndi isə əlimizi yağlayıb xəmiri əlimizlə açıb içlik qoyub bükürük.
 
Hamısını bükdükdən sonra üstünü örtüb 5 dəqiqə gözləyirik.
 
Tavaya çox yağ töküb qızdırırıq.Sonra peraşkilərimizi bişiririk.
 
 
Budur artıq peraşkilərimiz hazırdı.Nuş olsun!
 
P.S.Sonda onu demək istəyirəm ki,bu peraşkilər çox yumuşaq və dadlı olur kim bişirsə peşman olmayacaq.wink
9 iyul 2011
GO BACK