Tərkibi:
1 paket puf börəyi xəmiri
300 ml süd
200 ml krem
100 qram şəkər
6 ədəd yumurta sarısı
1 y/q qarğıdalı nişastası
1 ədəd portağal qabığı
1 ədəd çubuq vanil
Maye yağı
Hazırlanması:
Yumurta sarılarını və şəkəri çırpın.
50 ml krem və nişastanı bir kasada qarışdırın. Sonra yumurta sarısının üzərinə əlavə edib qarışdırın.
Kiçik bir qazana krem və südü əlavə edin. Çubuq vanili ortadan ikiyə bölün və oxumlarını qazana əlavə edin. Daha sonra bir portağalın qabıqlarını rəndələyərək orta dərəcədə qaynadın. Qaynadıqlardan sonra altını söndürüb kənara qoyun.
Soyuyan kremli qarışımı yavaş-yavaş yumurta sarısına əlavə edərək qarışdırın.
Daha sonra qarışımı qazana əlavə edib orta dərəcədə konsistensiya olana kimi qarışdırın.
Muffin qəliblərini yağlayaraq xəmirləri yayaraq yerləşdirin.
Hazırladığınız kremli qarışımı xəmirin üzərinə əlavə edin. Əvvəlcədən 240 dərəcə isidilmiş sobada 12-15 dəqiqə bişirin.
Nuş olsun!