
5 yumurta ağı
250 qr şəkər

Beze hazırlamanın bir neçə qaydasıı vardır ki,onlara riayət etmədikdə beze alınmır.
1.Yumurta ağı sarısında ehtiyatla ayrılmalıdır,yumurta ağına az da olsa sarısı qarışmamalıdır.
2.Yumurta ağları mütləq quru bir qabda çırpılmalıdır,qabda bir damcı su və ya yağ olarsa beze alınmaz.
3.Yumurta ağlarının yaxşı çırpılması üçün onlara bir çimdik duz və ya bir neçə damcı limon suyu əlavə etmək lazımdır.
4.Əgər yumurta ağlarını çırpdığınız zaman istənilən nəticə alınmırsa,yumurta ağı olan qabı başqa bir soyuq su ilə dolu qab içərisinə alıb çırpmaya davam etməli,amma bu zaman bezenin içərisinə su girməməlidir.
Yumurta ağları köpüklənənə qədər çırpılır.

Şəkər tədricən (1-2 yemək qaşığı) əlavə olunmaqla çırpılmaya davam edilir.

Qabdakı kütlə qatı hal alana qədər çırpılmaya davam edilir.

Duxovka listinə yağlı kağız qoyulur (və ya yağlanır).Mətbəx şprisi və ya qaşığın köməyi ilə bezelər listə düzülür.
100 dərəcə istilikdə bezelər qurudulmaya buraxılır.Bezenin hazır olması onun ölçüsündən asılıdır.
Orta hesabla 1- 1,5 saat qurudulmaya davam edilir.

Nuş olsun!
Resept http://www.say7.info/ saytindan tercume olunub.