Tərkibi:
1,5 stəkan düyü
1/4 stəkan düyü unu
3 yemək qaşığı qarğıdalı nişastası
3 yemək qaşığı şəkər tozu
1 stəkan vanil
1 paket süd
1 ədəd yumurta sarısı
Servis üçün;
Sürtgəcdən keçirilmiş fındıq
Hazırlanması:
Suyu və düyünü bir qazana qoyub, düyü suyunu çəkənə kimi bişirin.
Qazana yumurta sarısından başqa bütün məhsulları qarışdırın.
Bu qarışımı düyüyə əlavə edin və bişirin. Qaynamağa yaxın yumurta sarısını əlavə edib, tel çırpı ilə qarışdırın.
Sobaya dayanıqlı kasalara sütlaçları əlavə edin.
200 dərəcədə isidilmiş sobada sütlaçların üzəri qızarana kimi bişirin.
Bişən südlaçlar ilıqlaşanda üzərini sürtgəcdən keçirilmiş fındıq əlavə edin və soyuducuda soyudun.
Nuş olsun.