Tərkibi:
Keks üçün;
10 ədəd quru əncir
4 ədəd yumurta
1 su stəkanı toz şəkər
1 paket qabartma tozu
1 paket vanil
4 yemək qaşığı un
1 su stəkanı incə çəkilmiş qoz ləpəsi
Kremi üçün;
4 su stəkanı süd
1 su stəkanı toz şəkər
3 yemək qaşığı un
1 yemək qaşığı nişasta
200 qram pendir
1 paket vanil
Keksi islatmaq üçün;
1.5 çay stəkanı tahin tozu
1.5 çay stəkanı doşab
Üstü üçün;
Təzə əncir
Hazırlanması:
Quru əncirləri ilıq su dolu bir qabda yumşalana qədər 15 dəqiqə gözlədin. Süzdükdən sonra kiçik küplər halında doğrayıb kənara alın. Tort üçün, yumurtaları və şəkəri köpüklənə kimi mikserin köməyi ilə çalın.
Geri qalan materialları əlavə edib, yavaşca qarışdırın. Qarışığı yağlanmış soba qabına qoyub, əvvəlcədən isidilmiş sobada 180 dərəcədə bişirin. Kremi üçün, vanil və pendir istisna olmaqla bütün materialları bir qazana alaraq, pudinq konsistensiya gələnə qədər bişirin.
Ocağın altını bağlayıb soyuması üçün kənara alın. Soyuduqdan sonra üzərinə vanil və pendiri əlavə edib, hamar bir konsistensiya əldə edənə qədər çalın. Keksin üzərinə halda çöplə bir neçə deşik açıb mürəbbə əlavə edin.
Doşabı üzərinə yaxşıca çəkəndən sonra tahini gəzdirin. Hazırladığınız kremi tortun üzərinə çəkin. Soyuducuda 2-3 saat saxlayın. Təzə əncir dilimləri ilə bəzəyib süfrəyə verin. Nuş olsun.