Qadin.NET / Meyvəli tuile

Meyvəli tuile

 

Tərkibi:

(4 nəfərlik)

 

50 qram duzsuz kərə yağı

40 qram şəkər 

2 ədəd yumurta ağı

45 qram un

 

krem üçün :

200 qram krem

40 qram şəkər

1 çay qaşığı vanilya 

 

bəzək üçün

60 qram qarışıq təzə meyvə

 

 

Hazırlanması:

 

Sobanı 180 dərəcə isidin. Kərə yağını və şəkəri 10 dəqiqə çırpın. Yumurtanın ağını əlavə edib, 5-10 dəqiqə daha çalın.

 

Meyvəli tuile

 

 

Un əlavə edib çalın.

 

Meyvəli tuile

 

 

Listin üzərinə kağız sərib xəmiri incə yayın. Sobada 5-6 dəqiqə bişirin.
 

Meyvəli tuile

 

 

Sobadan çıxarıb isti-isti xüsusi qablar vasitəsilə formaya salırıq.
 

Meyvəli tuile

 

 

Krem üçün, krem, şəkər və vanilyanı çalırıq.
 

Meyvəli tuile

 

 

İçinə krem qoyuruq. Üzərinə istədiyimiz qarışıq meyvələrdən əlavə edirik. Hazırdır.

 

Meyvəli tuile



 

 

 

18 may 2017
GO BACK