Tərkibi:
1 paket krem şanti
2-3 dənə banan (banan böyükdürsə 2 ədəd kifayətdir)
1 ədəd böyük alma və 2 ədəd kiçik alma
yarım su stəkanı qoz
1 su stəkanı süd
1 paket kakoulu bisküvit
Hazırlanması:
1 stəkan soyuq südlə krem şantimizi çalırıq.Dərin qabda yaxşıca qarışdırırq.
Qozları əlimizlə qırıb kremin üzərinə əlavə edirik.
Bananları dörd yerə bölüb doğrayırıq.
Almaları da doğrayırıq.
1 paket kakoulu bisküviti götürürük.
Peçenyeləri qırıb əlavə edirik və qarışdırırıq.
Qabın içinə solafan çəkirik.
Hazırladığımız qarışımı qaba əlavə edirik.
Üzərinə solafan çəkirik.
Soyuducada bir müddət saxladıqdan sonra çıxarırıq.
Dilimləyərək servis edirik.
Nuş olsun!