Qadin.NET / Giləmeyvəli tost

Giləmeyvəli tost

Tərkibi:

4 dilim çörək (toster üçün)

50 qram kərə yağı

100 qram pendir

1 xörək qaşığı şəkər

200 qram giləmeyvə (moruq, çiyələk)

Giləmeyvəli tost

Hazırlanması:

Çörəyin qıraqlarını çıxardıb, üçbucaq şəkildə bölün. Tavaya yağ qoyun və çörəkləri iki tərəfli qızardın.

Giləmeyvələrdən bir az ayırın. Yarısını pendir və şəkər ilə birlikdə əzin. Sonra sıxma torbasına əlavə edin. Çörəyin üzərində gəzdirin. Üzərini ayırdığınız giləmeyvələr ilə bəzəyin. Süfrəyə süd və ya kofe ilə verə bilərsiniz.

6 may 2017
GO BACK