Qadin.NET / Avokadolu pudinq

Avokadolu pudinq

 

 

Avokadolu pudinq

 

 

Tərkibi:

2 ədəd avokado

3 ədəd banan

4 yemək qaşığı toz kakao

1 yemək qaşığı süzmə bal

1 yemək qaşığı vanil

 

Hazırlanması:

Avokadonu iki bərabər hissəyə ayırın. Çəyirdəyini çıxardın və qabığını soyun. İri hissələr şəklində doğrayın. Bananı soyub bölün. Blenderə bananı və avokadoları qoyub qarışdırın. Qarışımı hamar hala gəldikdən sonra başqa qaba əlavə edin Üzərinə toz kakao, bal və vanili əlavə edərək qarışdırın. Qarışımı servis qablarına qoyun. Soyuducuda soyutduqdan sonra zövqə görə banan dilimləri ilə servis edə bilərsiniz.

 

30 aprel 2017
GO BACK