4 nəfərlik
Tərkibi:
500 qram pomidor
8 dilim qara çörək
2 diş sarımsaq
Təxminən 100 ml zeytun yağı
1 dəstə reyhan
Duz, istiot
Hazırlanması:
Pomidorun üzərinə isti su gəzdirib qabığını soyun. Sonra tum hissəsini çıxardın və pomidoru kubik şəklində doğrayın.
Sarımsağı iki hisssəyə bölüb 250 dərəcədə sobada qızardın. Sonra çörəyi iki dəqiqəliyə sobada qızardın.
Sarımsağı isti olan çörək dilimlərinin üzərinə sürtün. Sonra zeytun yağı səpin və pomidorları çörək dilimlərinin üzərinə qoyun. Çəngəllə üzərinə basın. Duzlayıb, istiotlayın.
Reyhanı yuyub təmizləyin. Yarpaqlarını nazik uzun şəkildə doğrayın. Çörəyin üzərinə bəzək kimi düzün. Süfrəyə isti qabda verilsə daha yaxşı olar.