Tərkibi:
1 kq zefir
2 ədəd portağal
2 ədəd banan
3-4 ədəd kivi
1 stəkan xırda doğranmış qoz
2 paket vanilli krem
Zövqünüzə görə mürəbbə seçə bilərsiniz
Hazırlanması:
Kremnı mikserlə qatı maye olana kimi çalın. Portağalı, bananı və kivinin qabığını soyub darəvi şəkildə dilimləyin.
Zefirin bir hissəsini qaba yayın. Üzərinə banan və krem düzün. Sonra yenə zefir yayın və portağal ilə krem düzün.
Yenə zefir yayıb üzərinə kivi və krem düzün. Üzərinə zefir yayıb istədiyiniz mürəbbədən əlavə edin. Sonra yenə zefir yayın. Zefirin üzərinə qoz səpin.
Bəzək üçün üyüdülmüş şokolad və ya kakao səpə bilərsiniz. 24 saat soyuducuda saxlayın ki, zefir meyvə ilə kremin dadını özünə çəksin.