Qadin.NET / Sobada blinçik (foto resept)

Sobada blinçik (foto resept)

Tərkibi:

Un - 170 q.

Şəkər tozu - 85 q.

Yumurta - 2 ədəd

Süd - 500 ml.

Qabartma tozu - 1 c. q.

Duz - 1 çimdik

Vanil - 1 çimdik

"Best Cow" kərə yağı - 70 q.

Hazırlanması:
  
Əvvəlcə kərə yağı əridilir. 
 
Ayrı qabda yumurta, vanil və şəkər tozunu yaxşıca çalın.
Çalınmış yumurtanın üzərinə duz əlavə edilir, yenə qarışdırılır.

İndi çalınmış yumurtanın üzərinə ələnmiş un və qabartma tozu əlavə edilir, yaxşı qarışdırılır.

Sonra az - az süd əlavə edib qarışdırın.
Sonra əridilmiş kərə yağı əlavə edib qarışdırın.
Xəmiri bu cür olmalıdır.
Soba qabına kağız səririk və xəmiri qaba tökürük. Soba qabı 30x40 - dir.
180 dərəcə isidilmiş sobada 30 - 40 dəqiqə bişməyə qoyuruq.
Son da üzərinə şəkər kirşanı səpə bilərsiniz. 
Budur, soba blinçikimiz hazırdır! 
Nuş olsun!
 (Tərcümə edilib)
3 mart 2017
GO BACK