Tərkibi
1 litr süd
1/2 yemək qaşığı saf toz salep
1 yemək qaşığı toz şəkər
1 paket vanilya
çubuq darçın
Üstü üçün:
toz darçın
Salep hazırlanması:
İlk öncə toz salepinizi və toz şəkərinizi dərin bir qabın içinə alın. Daha sonra bir qazanın içində südü qaynadın, qaynadıqdan sonra qazın xodunu alın. Qabın içində qarışdırdığınız toz salep və şəkəri qaynayan südün içinə yavaş-yavaş tökün. Ən əsası çox qarışdırmağınızdır.
Salep halına gələnə kimi qarışdırın. Köpüklər yaranmağa başlayanda salep hazırdır.
Fincana töküb, toz və çubuq darçınla servis edə bilərsiniz.