Kek üçün tərkib
2 ədəd yumurta
1 kiçik çay stəkanında şəkər tozu
1 kiçik çay stəkanı süd
1 kiçik çay stəkanı duru yağ
2,5 çay stəkanı un
Qabartma tozu
Tortun üstü üçün
Çiyələk
Çiyələk marmeladı
Jele üçün
250 ml quşburnu çayı
1 yemək qaşığı qarğıdalı nişastası
2 yemək qaşığı şəkər
Kremi üçün
1 paket krema
1 yemək qaşığı pudra şəkəri
Hazırlanması:
İlk olaraq yumurta və şəkəri yaxşıca çırpmaq.
Duru mayeləri əlavə edərək qarışdırın.
Sonra un və qabartma tozu əlavə edərək keki hazırlayın.
Qabın için yağlayıb, unlayın.
Hazırladığınız qarışımı qabın içinə boşaldın.
Sobaya qoyun və bişirin.
Jeleni hazırlayaq
1 paket quşburnu çayını bir su stəkanında dəmləyin və soyuması üçün kənarda gözlədin.
Qazana şəkəri və nişastanı əlavə edərək qarışdırın.
Dəmlənən çayı yavaş-yavaş nişastanın içinə əlavə edərək qarışdırın.
Qazanı qazın üzərinə qoyun, hazır olandan sonra qazın üstündən götürün.
Bişən kekin üstünə çiyələk marmeladını sürtün.
Çiyələyi təmizlədikdən sonra ortadan iki yerə bölün və marmeladın üstünə düzün.
İsti - isti jeleni çiyələyin üzərinə tökün və yayın
Krem üçün
1 qutu krem ilə 1 yemək qaşığı pudranı qarışdırın və yaxşıca çırpın.
Krem ilə piroqu bəzəyin.
Bir müddət gözlədikdən sonra nuş edə bilərsiniz.