Qadin.NET / Tərəvəz güveç

Tərəvəz güveç

Tərkibi:

1 ədəd qırmızı bibər

1 ədəd yaşıl bibər

2 ədəd soğan

150 qram konservləşdirilmiş qarğıdalı

3 ədəd yumurta

250 qram krem

50 qram parmezan pendiri

Duz, qara istiot, qırmızı istiot 

Tərəvəz güveç

Hazırlanması:

Soba isidilir. Bibərlər uzun - nazik, soğanlar isə dairəvi şəkildə doğranılır. Qarğıdalının suyu süzülür və bibər, soğanla qarışdırılır. Yağlanmış listə düzülür.

Yumurta çalınıb, krem və sürtgəçdən keçirilmiş pendir qarışdırılır. Zövqə görə duz, istiot vurulur.

Yumurtalı kremi tərəvəzlərlə qarışdırın. Sobada 25 dəqiqəyə bişirilir. Süfrəyə veriləndə reyhan və ya başqa göyərtilərlə bəzədilir.

23 yanvar 2017
GO BACK