Qadin.NET / Macar pizzası

Macar pizzası

Macar pizzası

Tərkibi:

1 ədəd soğan

1 kq çəkilmiş ət

2 banka konservləşdirilmiş pomidor

1 banka konservləşdirilmiş şampinyon(göbələk)

1 çay qaşığı qurudulmuş kəklikotu

200 qram holland pendiri

Macar pizzası

Hazırlanması:

Soğan xırda şəkildə doğranılıb çəkilmiş ətə əlavə edilir. Duz, istiot əlavə edilib qarışdırılır.

Pomidor və göbələk ayrı-ayrı süzülür.

List yağlanır və ət listə yayılır. Üzərinə pomidor və göbələk döğranılıb əlavə edilir. Sonra kəklikotu səpilir. Pendir uzun-uzun doğranılıb və dama şəklində düzülür. 200 dərəcə 40-45 dəqiqə sobada bişirilir. Süfrəyə veriləndə üzərinə göyərti səpilir.

21 yanvar 2017
GO BACK