Qadin.NET / Əriştəli kek

Əriştəli kek

4 porsiya

Əriştəli kek

Tərkibi:

500 qram uzun enli əriştə

500 qram şampinyon (göbələk)

1 ədəd soğan

1 xörək qaşığı bitki yağı

2 ədəd yumurta

100 qram suxari

50 qram kərə yağı

Əriştəli kek

Hazırlanması:

Adi xəmir yayılır kvadrat şəklində kəsilir. Duzlu qaynayan suya əlavə edilir. Bişdikdən sonra süzülür. Göbələklə soğan xırda doğranılıb yağda qızardılır. Sonra üzərinə  4 xörək qaşığı su əlavə edilib aşağı dərəcədə qaynadılır. Qaynadıqdan sonra üzərinə xəmir əlavə edilir və qarışdırılır. Listə düzülür. Üzərinə bir list qoyulur ki, ağırlıq salsın. 40 dəqiqə saxlanılır. Sonra kvadrat şəklində kəsilir və yumurtaya batırılır. Suxaridə yuvarlanıb kərə yağda qızardılır. Süfrəyə veriləndə üzərinə göyərti səpilir.

13 yanvar 2017
GO BACK