6 porsiya
Tərkibi:
2 çay qaşığı jelatin
150 qram ağ şokolad
400 ml qram krem
300 qram moruq və ya çiyələk
Hazırlanması:
Jelatinə 3 xörək qaşığı soyuq su əlavə edilib, qarışdırılır. Jelatinin suyu tam çəkməsi gözlənilir. Şokolad doğranılıb buxarda əridilir. Üzərinə krem əlavə edilib, qarışdırılır. Sonra jelatin əlavə edilir. Bir neçə dəqiqə soydulur. Meyvə ehtiyatla qarışdırılır. Sufle 1-2 saatlıq soyuducuya qoyulur. Soyuq suda isladılmış qaşıqla boşqaba qoyulur. Üzərinə giləmeyvə və nanə yarpağı ilə bəzək vurula bilər və püstə səpilir.