Şəkərsiz şirniyyatlar
Ürəyiniz şirniyyat istəyir və sadəcə 5 dəqiqəniz var? Bu resept tam sizə görədir.
- 1 adət qara əncir
- 2 çay qaşığı süzmə pendir və ya şor
- 1 ədəd təzə və ya quru qoz
Ənciri yuyun, sonra qabığını soyun və tam ortadan iki hissəyə bölün. Hər bir dilimin üstünə bir çay qaşığı süzmə pendir yaxud şor qoyun. Qozları pendirin üzərinə yerləşdirin. Əgər şirin olmasını istəyirsinizsə, qozu əlavə etmədən əvvəl pendirin üzərinə çox az bal gəzdirə bilərsiniz.
Digər şirniyyat
- 3 ədəd orta ölçülü kartof
- 5 ədəd xurma
- 3 qaşıq ağcaqayın siropu
- 4 xörək qaşığı işlənməmiş çiy kakao tozu
- 1 çimdik duz
- 2\3 fincan badam unu
- 1\2 fincan qarabuğda unu və ya qəhvəyi düyü unu.
Hazırlanması:
Sobanı 190 dərəcə qızdırın. Şirin kartofları soyun, böyük kubiklər şəklində doğrayın və buxarda yumşalandan sonra bişirin. Xurmaların tumlarını çıxardın. Şirin kartofları və xurmanı püre halına salın. Püreyə digər indregentləri əlavə edin, qaşıqla yaxşıca qarışdırın. 30-35 dəqiqə bişirin. Diş çöpü ilə bişib-bişmədiyini yoxlayın. Çöp təmiz çıxırsa, demək bişib. Sobadan çıxarıb soyuyana kimi gözləyin