Qadin.NET / Pendirli şam ağacları (foto resept)

Pendirli şam ağacları (foto resept)

Pendirli şam ağacları (foto resept)

Hazırlanma müddəti: 20 dəqiqə

Porsiya: 10-12 ədəd

Tərkibi:

Krekerlər (biskvit)

1 dəstə - şüyüd

1 x.q. - duru yağ

150-200 qr kəsmik

6-8 qurudulmuş pomidor

Duz və istiot

1 ovuc qoz

2 x.q. -xama

1 çimdik italyan otları

Şəkərlənmiş meyvələr

Parmezan pendiri

Hazırlanması: 

Qozlar xırdalanır.  

Pendirli şam ağacları (foto resept)

Mikser qabına kəsmik, krem, duz, istiot, qoyularaq qatılaşana qədər qarışdırılır.  

Pendirli şam ağacları (foto resept)

Qurudulmuş pomidorlar kiçik doğranaraq mikser qabına qoyulur, parmezan pendiri, yağ və qoz da əlavə edilərək, təkrar qarışdırılır.  

Pendirli şam ağacları (foto resept)

Şüyüd blenderin kasasında xırdalanır. 

Yağlı əllərlə kəsmikli tərkibdən 10-15 kiçik toplar düzəldilir. Hər topdan konus forması düzəldilir.

Pendirli şam ağacları (foto resept)

Düz bir boşqaba xırdalanmış şüyüd qoyulur, hər konus həmin şüyüdə yaxşıca batırılır.  

Pendirli şam ağacları (foto resept)

Bir taxta lövhə, yaxud düz boşqabda krekerlər (biskvit) düzülür. Hər krekerin üzərinə hazırladığımız bir şam ağacını qoyuruq. 

Şəkərlənmiş meyvələri zövqə görə şam ağacının başını və ətrafını bəzəyə bilərsiniz. Onlar nəinki şam ağacına xoş görünüş verəcək, həm də ləzzətini tamamlayacaq.  

Pendirli şam ağacları (foto resept)

Tərkibi öz fantaziyanıza görə fərqli də edə bilərsiniz.

Nuş olsun! 




17 dekabr 2016
GO BACK