Tərkibi:
Yumurta - 2 ədəd
Banan - 2 ədəd
Darçın - 1 çimdik ya da vanilin
Duru yağ
Hazırlanması:
Bananları yuyub qabığını soyuruq. Sonra çəngəllə əzirik.
İndi ayrı qabda yumurta çalınır, üzərinə darçın və ya vanilin əlavə edilir.
Sonra çalınmış yumurta bananın üzərinə əlavə edilir və yaxşı-yaxşı qarışdırılır.