Tərkibi:
Kefir (yağlı) - 200 ml
Un - 200 qr
Yumurta (ağı və sarısı)- 1 ədəd
Yaşıl soğan - 1 dəstə
Soda - 1/2 ç.q.
Duz - 1/2 ç.q.
Bitki yağı - 5-6 x.q.
Hazırlanması:
Yaşıl soğan xırda-xırda doğranır.
Kefirə soda əlavə edilərək qarışdırılır.
Sonra duz, yumurta, un qoyularaq qarışdırılır.
Doğranmış yaşıl soğanı əlavə edib onu da qarışdırırıq.
Sonra isidilmiş bitki yağında hər iki tərəfi vam odda qızardılır.
Servis edilərkən isti edilir, yanında xama və qatıq da qoymaq olar.
Nuş olsun!