Qadin.NET / Ən tez başa gələn badımcan kürüsü (foto resept)

Ən tez başa gələn badımcan kürüsü (foto resept)

Ən tez başa gələn badımcan kürüsü (foto resept)

Tərkibi: 

Badımcan - 3 ədəd

Pomidor - 2 ədəd

Kök - 3 ədəd

Baş soğan - 1 ədəd

Bolqar bibəri - 1 ədəd

Sarımsaq - 1 diş

Cəfəri, acı istiot, duz, qara istiot,

"Zeytun bağları" zeytun yağı.

Hazırlanması: 

Bütün tərəvəzlər yuyulur, təmizlənir, soba da 200 dərəcəyə qədər isidilir.

Ən tez başa gələn badımcan kürüsü (foto resept)

Bişirəcəyimiz listin içini yağlayıb tərəvəzləri səliqə ilə düzürük, iri duzla duzlayıb sobaya qoyuruq. 

Hazır olduqdan sonra listi çıxarıb tərəvəzlərin soyumasını gözləyirik. 

Ən tez başa gələn badımcan kürüsü (foto resept)

Soyuduqdan sonra tərəvəzləri böyük dilimlərlə kəsirik, kiçik dilimlərə bölmək olmaz, yoxsa onda püre halına gələ bilər. 

Ən tez başa gələn badımcan kürüsü (foto resept)

Sonra doğranan tərəvəzlərin hamısını bir-birinə qarışdırıb sarımsaq və göyərti ilə birlikdə servis edirik. Servisdən əvvəl zövqə görə kürüyə duz, istiot, narşərab da vurmaq olar. 

Ən tez başa gələn badımcan kürüsü (foto resept)

Qeyd: Bu kürünü qış üçün də bağlaya bilərsiniz. Edəcəyiniz əlavə iş bişirdiyinizi qaynayana qədər ocaqda tutub sonra bankalara dolduraraq bağlamaq olacaq. 

Nuş olsun! 

(Resept rus sosial şəbəkəsindən tərcümə edilib)

6 iyul 2016
GO BACK