Tərkibi:
1 su stəkanı kuskus
3 yemək qaşığı yaşıl mərcimək
1 ədəd kiçik boy soğan
1 yemək qaşığı "Best Cow" kərə yağı
1 yemək qaşığı zeytun yağı
2 su stəkanı isti su
Duz
Hazırlanması:
İlk əvvəl 3 yemək qaşığı mərcimək suda yumşalana qədər qaynadılır. Kuskusla birlikdə bişəcəyi üçün mərcimək çox da qaynadılmır.
Dərin bir qazanda 1 yemək qaşıığı kərə yağı əridilir. Üzərinə 1 yemək qaşığı zeytun yağı və 1 doğranmış soğan əlavə edilir.
Orta alovda 2 dəqiqə müddətində qovrulur. Daha sonra 1 su stıkanı ölçüsündə kuskus qoyulur. 4-5 dəqiqə qovrulur.
Sonda qaynadılmış mərciməyə 2 su stəkanı isti su və duz əlavə edib bir dəfə qarışdırırıq.
Servis edərkən nimçələrə qoyub şəkildəki kimi uzun boşqablara qoyub zövqə görə göyərti və turşu ilə bəzəyirik.