Qadin.NET / Seyrək hörgülü narın kreplər (foto resept)

Seyrək hörgülü narın kreplər (foto resept)

Kreplər (Pankeks, yaxud blinçiklər) dünyanın ən məşhur və sevilən yeməklərindən biridir. Bu günkü reseptimiz hörgülü kreplərə həsr olunub. 

Tərkibi: 
2 yumurta
1 stəkan süd
10 yemək qaşığı - un
2 yemək qaşığı-bitki yağı
2 yemək qaşığı-şəkər tozu
Bir çimdik duz
Bəzək üçün: bir azca şəkər kirşanı və
moruq giləmeyvələri
Hazırlanması:
Seyrək hörgülü narın kreplər (foto resept)
Geniş bir qabda çırpıcı halqanın köməyi ilə yumurtaları çırpırıq.
Seyrək hörgülü narın kreplər (foto resept)
Duz və şəkəri əlavə edilir, tam əriyənə qədər qarışdırmağa davam edilir.
Seyrək hörgülü narın kreplər (foto resept)

Süd əlavə edilir və qarışdırılır.

Seyrək hörgülü narın kreplər (foto resept)

Sonra unu kiçik bir ələkdən keçirib qarışığa əlavə edirik, yavaş-yavaş qarışdırırıq.

Ardınca bitki yağını da töküb qarışdırırıq, diqqət etmək lazımdır ki, xəmir topaclar halında qalmasın, təmamən həll olsun. 

Seyrək hörgülü narın kreplər (foto resept)
Əldə edilən xəmiri şəkildəki formada bir qaba töküb qapağını bağlayırıq.
Seyrək hörgülü narın kreplər (foto resept)

Tavanı ocağın üzərinə alıb, yaxşıca isidirik. Qaba doldurduğumuz xəmiri ehmallıca müxtəlif formalarda tavada rəsm edirik.

Zövqünüzə görə istənilən təsviri verə bilərsiniz. Təqdim olunan nümunəfə xaotik çizgilərdə ürək forması təsvir edilmişdir. 

Seyrək hörgülü narın kreplər (foto resept)

Bişmiş ürək formalı krepi bir boşqaba qoyuruq. Eyni üsulla digər krepləri də qızardırıq. 

Seyrək hörgülü narın kreplər (foto resept)

Bişmiş kreplər üst-üstə düzülür, pudra şəkəri və moruqlarla bəzədilir. 

Seyrək hörgülü narın kreplər (foto resept)

Zövqə görə kreplərin formasını dəyişə bilərsiniz. Məsələn, çiçək forması edilə bilər. 

Seyrək hörgülü narın kreplər (foto resept)

Eyni qayda ilə ürək formalı kreplərdəki kimi üst-üstə düzülərək bəzədilir. 

Seyrək hörgülü narın kreplər (foto resept)
Nuş olsun! 
Xarici mənbədən tərcümə edilib.
23 iyun 2016
GO BACK