Qadin.NET / Peroşki (foto resept)

Peroşki (foto resept)

Peroşki (foto resept)


Tərkibi:

 

Xəmir üçün:
3,5 stəkan un
1/2 stəkan bitki yağı
Maya
1 ç.q Azərduz yodlu narın xörək duzu
1ç.q şəkər

İç üçün:
5 orta boy kartof
Bitki yağı
Süd, kərə yağı
Azərduz yodlu narın xörək duzu

Hazırlanması:

Kartof qaynadılır,əzilir,süd,kərə yağı və duzla qarışdırılır.

 

Peroşki (foto resept)


Suya duz və şəkər ,maya qatılır.Bu qarışım una yavaş-yavaş qatılaraq xəmir yoğrulmaya başlanır,duz və bitki yağı da əlavə edilməklə xəmir yoğrulması tamamlanır.

Peroşki (foto resept)


Xəmir gəlməsi üçün bir az gözlədilir,amma 30 dəqiqə sonra xəmir bir daha yoğrulur və gözlədilir.Sonra xəmiri 4 hissəyə ayırın.

Peroşki (foto resept)


Hər bir hissə rulet formasında düzəldilərək onlardan da kiçik kündələr ayrılır.

Peroşki (foto resept)

 

Hər kündə 8 sm diametrində yayılır.

Peroşki (foto resept)


Hər yuxaya kartof içi qoyulur,zövqə görə kartof püresi qovrulmuş soğanla da qarışdırıla bilər.

Peroşki (foto resept)

Peroshkiləri şəkildəki kimi bükürük.

Peroşki (foto resept)


Bitki yağı tökülmüş tavada peroşkilər hər iki tərəfindən qızardılır.

Peroşki (foto resept)


Hazır peroşkilər bir qab içərisində salfetkaların üzərinə qoyulur ki, artıq yağları əmilsin.

Peroşki (foto resept)


Peroşkilər yeyilməyə hazırdır...

Nuş olsun! smile

27 fevral 2010
GO BACK