Tərkibi:
Un- 500 q
Yoqurt-100 ml
Süd- 160 ml
Yumurta- 2 ədəd
"Best Cow" kərə yağı- 150 q
Şəkər tozu 100 q
Duz- 1 ç.q
Maya- 1,5 ç.q
Küncüt- 2 x.q
"Zeytun bağları" zeytun yağı.
Hazırlanması:
İlk öncə xəmiri yoğururuq. Un, yoqurt, süd, 1 ədəd yumurta, kərə yağın yarısını, duz, şəkərtozu və maya qarışdırıb xəmir yoğururuq. Xəmir yumşaq ələ yapışmayan xəmir olmalıdır. İsti yerdə 2-3 saat dinlənməyə qoyuruq.
Xəmiri 6 hissəyə bölürük. Hər birini şəkildə gördüyünüz kimi açırıq. Üzərini kərə yağı ilə yağlayırıq.
Bütün kündələri açıb üzərini yağlayıb üst-üstə yığırıq. Sonra üzərini örtüb 15-20 dəqiqə gözləyirik.
Sonra 1-1,5 sm enliyində olana kimi açırıq.
Və 1-1,5 sm enliyində kəsirik. Sonra şəkildə gördüyünüz kimi dördünkünc kəsirik.
Piroqumuzu bişirəcəyimiz qabı zeytun yağı ilə yağlayırıq.
Piroqumuzu dördkümc kəsərkən əlbəttə ki qıraqlarda dödkünc olmayan hissələri də olur.
Bunları ilk öncə altdan düzmək lazımdır.
Sonra dördkünc kəsilən xəmirimizi düzürük.
Qabın üzərini klyonka ilə örtüb piroqun ən az 2 dəfə şişməsini gözləyirik.
Yumurta sarısını 2 qaşıq süddlə qarışdırıb piroqun üzərinə çəkirik.
Küncüt səpirik.
200 dərəcədə 25-30 dəqiqə üzəri qızarana qədər bişiririk.
Həm görünüşü, həm də dadı çox gözəl olur.
Nuş olsun!