Zəncəfil çox asnlıqla yağları əridir, soyuqdəyməni müalicə edir və orqanizmin immunitetini yüksəldir. Ona görə də qışın əvəzolunmaz ərzaqlarından biri hesab olunur. Bu gün sizlərə zəncəfilli çay reseptləri təqdim edəcəyəm.
1. Tərkibi:
3 sm-lik zəncəfil kökü təzə
2 portağal
Bal
Zəncəfili sürtkəcin iri gözündən keçiririk. Üzərinə qaynar su əlavə edib 5-7 dəqiqə gözləyirik. Sonra üzərinə portağal şirəsi əlavə edirik. Zövqə görə bal əlavə edib içirik. Soyuqdəymə və qrip zamanı çox gözəl təsir edir. Ümumi halsızlığı aradan qaldırır. Orqanizmi gücləndirir. Portağal şirəsini limon, naringi şirəsi ilə də əvəz edə bilərsiniz.
2. Tərkibi:
Zəncəfil- 2 x.q
Süd-300 ml
Su-100 ml
Darçın- 0,5 ç.q və ya çubuğu- 1 ədəd
Yaşıl hill-1-3 ədəd
Muskat qozu- 1 x.q
Şəkər tozu- 1 x.q
Qara çay- 1 ç.q
İlk öncə Suyu qaynadırıq. Üzərinə zəncəfil əlavə edib 1 dəqiqə qaynadırıq. Sonra südü əlavə edirik. Süd də qaynadıqdan sonra bütün ərzaqları az-az əlavə edib yavaş-yavaş qarışdırırıq. 7-10 dəqiqə ərzində hazır olur. Bu çay aclıq hissinin yaranmasına mane olur. Qrip zamanı ağrıyan boğaza yaxşı təsir edir. Termosa töküb gün ərzində isti-isti istifadə də bilərsiniz.
3.Tərkibi:
Zəncəfil kökü
Nanə- 3-4 budaq
Limon-0,5
Şəkər tozu zövqə görə
Bunların üzərinə qaynar su əlavə edib 5-7 dəqiqə dəmlənməsini gözləyirik. İsti və soyuq halda içmək olar. Çox gözəl yağ yandırıcı təsirə malikdir.