Tərkibi:
Xəmir üçün:
250 qr.yağ
2 st.qatıq
2 yumurta
1 ç.q.soda
1ç.q.Azərduz yodlu narın xörək duzu,
6 stəkan un(təxminən)
İçlik:
700-800 qr çəkilmiş ət
6-7 ədəd kartof
4 ədəd soğan
duz,istiot,dəfnə yarpağı.
Hazırlanması.
İlk öncə 2 stəkan unun üzərinə yağı rəndədən keçirdib əlimizlə umac halına gətiririk.
Sonra yumurta,qatıq,duz,və soda əlavə edib qaşıqla qarışdırırıq.
Sonra yerdə qalan unu yavaş-yavaş əlavə edib yumuşaq xəmir yoğururuq.Hazır xəmirin üzərini örtüb bir kənara istirahət üçün qoyuruq.
İndi isə içliyi hazırlayaq.Kartof xıra-xırda doğranılır,və suda bir az gözlədilir.
Soğan da xırda doğranılır.
İndi isə xəmiri kündələrə bölüb bir kənarda bir az gözlədirik
Kündəmizi açıb ortasına 1 xörək qaşığı iç qoyub ortası deşik qalmaq şərti ilə kənarlarını şəkildə göründüyü kimi bükürük.
Listə düzüb 180 dərcədə35-40 dəqiqə bişirilir.
Bişməyə 5 dəqiqə qalmış 6ədəd dəfnə yarpağının üzərinə bir az qaynar su tökürük və hər boğçanın içərisinə, yəni ətin üzərinə 1 xörək qaşığı su tökülür və yenidən sobaya qoyulur.
Nuş olsun!!!